TRTAJANS - Azərbaycan şəhidinin məzarı üzərinə “FEDA” yazılı “Beşiktaş” şərfi qoyulub

 Xəbərlərin Faktiki Ünvanı 

İdman

 

Vətən Müharibəsi zamanı ötən ilin oktyabrında Füzuli istiqamətindəki döyüşlərdə şəhid olan Azərbaycan Milli Ordusu sıralarında xidmət edən Xəyal Balakişiyevin məzar daşı üzərinə “FEDA” yazılı “Beşiktaş” şərfi qoyulub.

Şəhidin ailəsi onun sevimli komandası olan “Beşiktaş”ın çempionluğu şərəfinə bunu edərək, övladlarının ruhunu şad etməyə çalışıb.
Şəhidin atası Müseyib Balakişiyev DHA-ya açıqlamasında oğlunun “Neftçi” və “Beşiktaş” azarkeşi olduğunu, bu üzdən “ağ-qara” rəngləri sevdiyini söyləyib: “Xəyal “ağ-qara” rəngdə olan “Neftçi” və “Beşiktaş”ın çılğın azarkeşi idi. Oğlum gerbindəki Türkiyə bayrağını xüsusilə vurğulayardı. “Beşiktaş”ın hər oyununu mütləq izləyər, məğlubiyyətinə üzülər, zəfərinə sevinərdi. Mənə həmişə “Beşiktaş”ın himnlərindən birində olan və tribunalarda tez-tez səsləndirilən “Ölümle yaşamı ayıran çizgi, siyahla beyazı ayıramaz ki” oxuyardı. “Beşiktaş”ın Super Liqanın çempionu olması ruhunu şad etdi, mübarək olsun”.
Qeyd edək ki, 1994-cü il təvəllüdlü Xəyal Balakişiyev Vətən Müharibəsinin başladığı ilk gündə könüllü olaraq müraciət edib və oktyabrın 5-də Qarabağdakı döyüşlərə qatılıb. Oktyabrın 25-də şəhid olan Balakişiyev Fəxri Xiyabanda dəfn olunub.

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...