TRTAJANS - Zaur Cəlil Amerikada cüdo üzrə qızıl medal alıb - FOTOLAR

 Xəbərlərin Faktiki Ünvanı 

İdman

ABŞ-ın Nevada ştatının Reno şəhərində keçirilmiş cüdo üzrə Amerika çempionatında soydaşımız Zaur Cəlil (Azərtürk) 73 kq çəkidə birinci yeri tutub.

Trtajans.az  Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, bu, qızıl medala layiq görülən soydaşımızın cüdo üzrə Amerika çempionatında üçüncü qələbəsidir. Bundan öncə Zaur iki dəfə Amerika çempionatının yüksək kürsüsünə qalxıb. Təltif olunma mərasimində Zaur Cəlil bildirib ki, qələbəni doğma Azərbaycan xalqına və işğaldan azad edilmiş Qarabağa həsr edir.
Qeyd edək ki, Amerika çempionu olan soydaşımız Nyu-York şəhərində yaşayır. 1998-ci ildən ABŞ-da yaşayan, "Nyu-York Azərbaycan Mədəniyyət Mərkəzi"nin prezidenti Telman Cəlilovun övladıdır. Zaur 2006-cı ildən indiyədək müxtəlif ştatlarda keçirilən yarışların çempionu olub, çoxsaylı medal və kuboklarla təltif edilib. Zəfər çaldığı bütün yarışlarda Azərbaycan bayrağına bürünərək azərbaycanlı olduğunu fəxrlə nümayiş etdirir.
Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi Zaur Cəlili növbəti dəfə çempion olması münasibəti ilə təbrik edir və gələcək yarışlarda ona uğurlar arzulayır.

 

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...