TRTAJANS - Global Journalism Council: Ermənistanı beynəlxalq hüquq normalarına əməl etməyə səsləyirik

 Xəbərlərin Faktiki Ünvanı 

Toplum

Global Journalism Council (GJC) beynəlxalq jurnalist təşkilatı

ermənilərin minaladağı Azərbaycan ərazilərində iki azərbaycanlı jurnalistin minaya düşüb həlak olması ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Bu gün (iyunun 4-də -red) iki jurnalist həmkarımız, azərbaycanlı jurnalistlər, Azərbaycan Dövlət Xəbər Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Dövlət Televiziyasının (AZTV) operatoru Sirac Abışovun Ermənistanın minaladığı Azərbaycanın Kəlbəcər bölgəsində mina partlaması nəticəsində həlak olması bizi dərindən kədərləndirdi. Həmkarlarımızın öz jurnalist vəzifələrini yerinə yetirərkən Ermənistanın minaladığı ərazidə həyatlarını itirmələrini bütün dünya jurnalistlərinin terrora məruz qalması kimi qiymətləndiririk".

Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dimin adından yayılan bəyanatda daha sonra bildirilir ki, Ermənistanın minaladığı Azərbaycan ərazilərinin xəritəsini verməməsi bütün beynəlxalq konvensiyalara ziddır: "Məhz bunun nəticəsində həmkarlarımız Məhərrəm İbrahimov və Sirac Abışovun həyatlarını dəyişmələrini dünyadakı bütün jurnalistlərə qarşı terrror kimi qiymətləndiririk. Bütün beynəlxalq təşkilatlardan, insan haqlarını müdafiə edən beynəlxalq qurumlardan, xüsusilə də beynəlxalq jurnalist təşkilatlatrından bu qanlı hadisəyə laqeyd qalmamağa çağırır, jurnalistlərin ölümünə səbəb olan bu qanlı aktı qınayırıq. Ermənistanı beynəlxalq hüquq normalarına əməl etməyə səsləyirik".

https://www.gjc.org.tr/the-global-journalism-council-has-issued-a-statement-regarding-the-deaths-of-two-azerbaijani-journalists/?fbclid=IwAR248k85j8hxfAPCN-UmbrT4m1dDaXLy9EV3qhEI3YtKSNSVGSHkzoEdMxA

Pin It

Qalereya