TRTAJANS - Saqarecoda yanacaqdoldurma məntəqəsi açmaq istəyən azərbaycanlılara hücum edilib

 Xəbərlərin Faktiki Ünvanı 

Toplum

Gürcüstanın Saqareco şəhərində yanacaqdoldurma məntəqəsi açmaq istəyən Səxavət və Tofiq Hüseynov qardaşları,

özlərini "oğru" adlandıran şəxslər tərəfindən narahat edildiklərini bildirirlər.

Trtajans.az xəbər verir ki, bu barədə 24News.ge xəbər portalına müsahibə verən Səxavət Hüseynov, sement şirkəti ilə aralarında olan problemə "oğrular"ın qarışdığını və yanacaqdoldurma məntəqəsinin tikintisində onlara problem yaratdıqlarını bildirir. S.Hüseynov, yanacaqdoldurmanın tikintisi zamanı sement şirkətinin razılaşmadan az sayda onlara sement göndərdiyini (8-9 kub əvəzinə hər maşında 5 kub), bu səbəbdən sement şirkətinə etiraz etdiklərini, lakin şirkətin onlardan yenə də artıq pul tələb etdiyini, pul verilmədiyi təqdirdə isə məsələyə özünü "oğru" adlandırdığı Temur adlı şəxsin qarışdığını bildirir. Səxavət Hüseynov deyir ki, qardaşı ilə birlikdə tikintinin aparıldığı ərazidə işlədikləri zaman, Temur bir qrup şəxslərlə oraya gəlib və onlara fiziki təzyiq göstərib: "Onlar bizimlə kobud şəkildə davranıb və bizdən pul tələb etdilər. Biz isə şirkətlə aramızda olan problemi öz aramızda həll edəcəyimizi bildirdik və bu şəxsə rədd cavabı verdik. Bu zaman o məni vurdu, mən də özümü müdafiə etdim. Daha sonra saniyə çəkmədi ki, əraziyə bir neçə maşın onun adamları gəldi, əllərində dəmir dəyənəklərlə başladılar bizi vurmağa. Hətta qardaşımın barmağı sındı, özümüz xəsarət aldıq və tez ərazidən çıxmağa çalışdıq. Temur dediyim milliyətcə gürcüdürü, başladı məsələni milli zəminə çəkməyə və azərbaycanlılara "tatrebi" deyə ifadələr işlətdi. Biz təcili şəkildə polisdən bu məsələyə aydınlıq gətirilməyini, günahkarların cəzalandırılmasını tələb edirik", - deyə S. Hüseynov bildirib.

Səxavət Hüseynov, hadisə ilə bağlı polisə müraciət etdiyini, lakin həmin şəxslərin saxlanıb-saxlanılmadığı ilə bağlı polisdən bir məlumat verilmədiyini bildirib.

Pin It

Qalereya