TRTAJANS - Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim olunub

 Xəbərlərin Faktiki Ünvanı 

Toplum

 

 

Prezident İlham Əliyevin müvafiq Sərəncamının icrası olaraq, cari ildə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, onlardan artıq 500-ü təqdim edilib.

Trtajans.az xəbər verir ki, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim  olunması tədbirində bildirilib.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov Sərəncama əsasən, yaxın beş ildə bu kateqoriyadan olan 11 min vətəndaş mənzil və fərdi evlə təmin olunacağını vurğulayıb. O qeyd edib ki, bu gün təqdim edilən mənzillər də daxil olmaqla ümumilikdə indiyədək şəhid ailələrinə, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 9700 mənzil və fərdi ev verilib.

“Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu”nun prezidenti Rauf Zeyni və “Vətənpərvərliyin Təbliğinə Dəstək İctimai Birliyi”nin sədri Şəmistan Əlizamanlı postmüharibə dövründə şəhid ailələri və qazilərlə bağlı geniş miqyas alan sosial dəstək tədbirlərindən bəhs ediblər. Ölkədə həssas əhali qruplarına dövlət qayğısının əyani təzahürü olan bu tədbirlərin ictimaiyyət tərəfindən də rəğbətlə qarşılandığı diqqətə çatdırılıb.

Mənzillərlə təmin olunan vətəndaşlar göstərilən yüksək qayğıya və mənzillə təmin edildiklərinə  görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Pin It

Qalereya