TRTAJANS - Papa Fransiskin rəsmi olaraq üzr istəməsi tələb edilib

 Xəbərlərin Faktiki Ünvanı 

Toplum

 Kanada yerli xalq xidmətləri naziri Mark Miller (Marc Miller) 215 kanadalı uşağın cəsəd qalıqlarının ölkədəki katolik kilsəsinin internat məktəbində

tapılmasına görə Papa Fransiskin (Franciscus) rəsmi olaraq üzr istəməli olduğunu bildirib.

  Nazir katolik kilsəsinə bağlı Kəmlups (Kamloops) yerli internat məktəbində 215 uşağın cəsəd qalıqlarının tapılması ilə bağlı danışaraq deyib: “Katolik yepiskoplarının çiyinlərinə məsuliyyət düşür. Rəsmi olaraq Papa Fransisk üzr istəməlidir. Papanın bu günə qədər üzr istəməməsi utancvericidir”.

  Qeyd edək ki, Kəmlups yerli internat məktəbi 1890 və 1969-cu illər arası Roma Katolik Kilsəsi tərəfindən idarə olunurdu.

  Kanadanın baş naziri Castin Trüdo (Justin Trudeau) hökuməti xalqa ölkə diametrində yerli ailələrdən alınan uşaqların saxlanıldığı köhnə internat məktəblərində ciddi araşdırmalar aparılacağı sözünü vermişdi. O, 2017-ci ildə Vatikana səfəri zamanı Papadan üzr jestini gözlədiklərini işarə etmişdi. 2018-ci ildə isə Katolik Yepiskoplar Konfransı Papanın internat məktəbləri üçün üzr diləməyəcəyini bildirmişdi.

  Xatırladaq ki, Kanada tarixində ən ağrılı faciələrdən olan və böyük uşaq istismarının olduğu yatılı kilsə internat məktəblərinin birincisi 19-cu əsrin əvvəllərində açılıb, sonuncusu isə 1996-cı ildə bağlanılıb.

  150 mindən çox yerli uşağın ailələrindən zorla alınaraq yerləşdirildiyi kilsələrə aid internat məktəblərində bu uşaqların böyük hissəsi fiziki, cinsi və psixoloji şiddət ilə istismara məruz qalıb.

  Kanadada 2010-cu ildə qurulan Həqiqət və Uyğunlaşma Komissiyasının qeydlərinə düşən istismarlarla yanaşı, bəzi uşaqların üzərində tibbi təcrübələr aparıldığı da müəyyən olunub.

  2008-ci ildə Kanada federal hökuməti minlərlə uşağın aclıq, soyuq və tibbi təcrübələr nəticəsində həyatını itirdiyi kilsə internat məktəblərində yaşananlara görə zərər çəkmiş ailələrdən rəsmi olaraq üzr istəyib. 

Pin It

Qalereya