TRTAJANS - Rusiyada polisin güllələdiyi azərbaycanlı gənc dünyasını dəyişib

 Xəbərlərin Faktiki Ünvanı 

Toplum

Novosibirskdə polis əməkdaşı tərəfindən başından güllələnən əslən Gürcüstan Respublikasının Dmanisi rayonunun Gəyliyən (Kakliani) kənindən olan 19 yaşlı Vəkil Abdullayev vəfat edib.

 Trtajans.az Gürcüstan KİV-nə istinadən  xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin regional bölməsindən bildirilib. Hadisədən sonra 19 yaşlı gənc ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də o iki gün beyni 95% ölmüş halda yaşayıb. Qeyd edək ki, gəncin cənazəsinin doğulduğu Dmanisi rayonuna gətirlməsi üçün atası Novosibirski şəhərinə yollanıb.

Xatırladaq ki, Novosibirskdə polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Sürücü şəxsiyyətinin müəyyən olunması üçün polisin xidməti avtomobilinə tərəf aparılıb. Bu vaxt sərnişinlərdən biri - 19 yaşlı Vəkil Abdullayev polisə müqavimət göstərməyə başlayıb. Hüquq mühafizəçisi güc işlədərək gəncin qollarını geri qanırıb və onu kapotun üstünə uzandırıb. Bu zaman ehtiyatsızlıqdan əlindəki tapancadan atəş açıb. Hadisə ilə bağlı polis məmuru saxlanılıb və “Vəzifə səlahiyyətlərindən sui-istifadə” və “Səhlənkarlıqla sağlamlığa ağır zərər vurma” maddələri ilə cinayət işi açılıb.

Pin It

Qalereya