TRTAJANS - Çin ailələrdə uşaq sayı qadağasını aradan qaldırır

 Xəbərlərin Faktiki Ünvanı 

Toplum

Çin Respublikasında ailələrin 3 uşağa sahib olmasına icazə verilib.

 “Xinhua” agentliyinin yaydığı məlumata görə, bununla bağlı Çin Xalq Respublikası Mərkəzi Komitəsinin Siyasi Bürosunun Si Cinpinin sədrliyi ilə keçən iclasından sonra qərar verilib.

Qərarın qüvvəyə minəcəyi tarix açıqlanmayıb.

Qeyd edək ki, 2016-cı ilə qədər Çində cütlüklərə yalnız 1 uşağın olmasına icazə verilib. 2016-cı ildə isə bu qərara dəyişiklik edilib və bu rəqəm 1-dən 2-yə qaldırılıb. Dünyanın ən çox əhalisinin olduğu Çində doğuşlarda dramatik azalma olduğu üçün bu dəyişikliyin edildiyi bildirilir.

Pin It

Qalereya