TRTAJANS - GÜRCÜSTANIN BAŞ NAZIRI TƏSDIQLƏDI KI, SAAKAŞVILI SAXLANILIB...

 Xəbərlərin Faktiki Ünvanı 

Dünya

...Bir həftədir yazırdıq ki, Saakaşvili Gürcüstana gələn kimi həbs ediləcək, amma siyasi hakimiyyət daha sərt tədbirlərə nədənsə əl atmaq fikrində deyil...

Amma bu gün Mixeil Saakaşvili saxlanıldı... Bunu ölkənin Baş naziri İrakli Qaribaşvili xüsusi birifinqdə deyib. Onun sözlərinə görə, Gürcüstanın hüquq-mühafizə orqanları sabiq prezidentin hərəkəti barədə öncədən məlumatlı olub və bu proses tam nəzarət altında saxlanılıb. İ.Qaribaşvili qeyd edib ki, M.Saakaşvili penitensiar müəssisəyə yerləşdirilib.

*** 

...Saakaşvili bir neçə gün əvvəl, hətta Gürcüstana gələcəyi təyyarənin biletinin nömrəsini və biletin surətini sosial şəbəkələrdə paylaşmışdı... Və gəldi... Yəni, o, 2005-ci ildə Azərbaycanın sabiq spikeri Rəsul Quliyevsayağı addım atmadı. Dedi, həbs ediləndə qoy Vətənimdə məni həbs etsinlər...

A.Məmmədli

Pin It
»

40% Endirimli

Qalereya