TRTAJANS - "ÜÇÜNCÜ TƏRƏFLƏR İKİTƏRƏFLİ MÜNASİBƏTLƏRƏ XƏLƏL GƏTİRƏ BİLMƏYƏCƏKLƏR"- İRAN SƏFİRİ

 Xəbərlərin Faktiki Ünvanı 

Dünya

 

...Bəli, İran ən yaxın qonşularımızdan biridir. Amma qonşu da gərək özünü təkcə qonşu kimi yox, həm də "Yaxın qonşu uşaq qohumdan yaxşıdır!" kimi aparsın...

Azərbaycan İrana qarşı heç vaxt qonşu kimi baxmayıb, bütün sahələrdə səmimi olub... Amma Qarabağ müharibəsi və münaqişəsi zamanında qarşı tərəfdən qarşılıqlı və bərabər münasibəti görməyib deyə, ortaya süni problemlər də çıxıb. Son hadisələr də bunu göstərdi ki, ya olduğun kimi görün, ya da göründüyün kimi ol!

***

 O ki qaldı Ermənistan siyasilərin aradakı bəzi anlaşılmazlıqdan öz xeyrinə istifadə edərək təxribat xarakterli məlumatları İran rəsmilərinin adından yayıb suyu bulandırmasına, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bu məsələyə belə aydınlıq gətirdi: "...Təəssüf ki, sosial şəbəkədə həqiqətə uyğun olmayan məlumatlar çox yayılır. Ancaq mən arxayınlıqla deyirəm ki, yük maşınları məsələsini araşdırdıq. Məlum oldu ki, özəl şirkətlər bu addımı atıblar. Biz özəl şirkətlərə xəbərdarlıq etdik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsınlar. Ermənistan qonşularımızdan biridir. Biz hər zaman separatçılığa qarşı olmuşuq. Dini liderimizin, prezidentin açıqlamalarında Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bəyan edilib. Üçüncü tərəflər ikitərəfli münasibətlərə xələl gətirə bilməyəcək”.

Təki hörmətli sıfirin söylədiyi kimi olsun! Özəl şirkətlər də, sahibkarlar da dövlətinin strateji maraqlarını qorumursa, bu artıq başqa problemdir, olmamalıdır.

A.Məmmədli

Pin It
»

40% Endirimli

Qalereya