TRTAJANS - Şəhriyar Məmmədyarov Kasparova yenə qalib gəlib

 

Xəbərlərin Faktiki Ünvanı 

İdman

 

Blits şahmat üzrə “Grand Chess Tour” başa çatıb.

Belə ki, Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan yarışın ikinci günündə şahmatçılar daha 9 turun görüşlərini keçirib. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün 6 xal toplayıb. O, XV tur çərçivəsində 13-cü dünya çempionu Harri Kasparovla qarşılaşıb. Şəhriyar Azərbaycan şahmatının yetirməsi olan rəqibini bir gün öncə olduğu kimi yenə də məğlub edib. Ümumilikdə 19 xal toplayan Məmmədyarov turniri 6-cı pillədə başa vurub. Yarışın qalibi adını Maksim Vaşye Laqrav qazanıb. O, 23 xalla hamını qabaqlayıb.

Blits
X tur. Şəhriyar Məmmədyarov - Maksim Vaşye-Laqrav (Fransa) – 0,5:0,5
XI tur. Yan Nepomnyaşi (Rusiya) - Şəhriyar Məmmədyarov – 0:1
XII tur. Şəhriyar Məmmədyarov - Yorden Van Forest (Niderland) – 1:0
XIII tur. Aleksandr Qrişuk (Rusiya) - Şəhriyar Məmmədyarov – 0:1
XIV tur. Şəhriyar Məmmədyarov - Yan-Kşiştof Duda (Polşa) – 1:0
XV tur. Harri Kasparov (Rusiya) - Şəhriyar Məmmədyarov – 0:1
XVI tur. Şəhriyar Məmmədyarov - Anton Korobov (Ukrayna) – 0:1
XVII tur. Şəhriyar Məmmədyarov - Vişvanatan Anand (Hindistan) – 0,5:0,5
XVIII tur. Aniş Qiri (Niderland) - Şəhriyar Məmmədyarov – 1:0

Turnir cədvəli: 1. Maksim Vaşye-Laqrav (Fransa) - 23, 2. Vişvinatan Anand (Hindistan) – 21, 3. Aniş Qiri (Niderland) - 20,5, ...6. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 19.

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...