İdman
- Pazartesi, 24 Mayis 2021
- Jurnalist Asif Merzili
26-28 May tarixlərində Marneulidə Gürcüstan və Azərbaycanın Respublika Günlərinə həsr olunan Kikboksinq turniri keçiriləcək.
Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib. Məlumata əsasən, yarışma Marneuli şəhərində yerləşən “AtaHoldinq” binasında baş tutacaq. Dostluq turnirdə Kikboksinq üzrə Gürcüstanın yeniyetmə və gənclərindən ibarət 18 şəhərindən 15 çəki kateqoriyası üzrə 150 idmançı iştirak edəcək. Turnirin açılış mərasimi 26 may tarixində ilk Demokratik Gürcüstan Respublikasının və final qarşılaşmalarının, həmçinin mükafatlandırma mərasiminin isə mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi tarixdə keçiriləcək. Qeyd edək ki, Səfirlik soydaşlarımızı bu əlamətdar hadisənin şahidi ola bilmələri üçün 28 may tarixində “AtaHoldinq” binasının qarşısında qurulacak həm böyük ekran vasitəsi ilə, həmdə idman zalının daxilindən final qarşılaşmalarını və konsert proqramını izləməyə dəvət edir.
Əlaqədar məhsullar:
Top Videos
Populyar
- ən oxumaq