TRTAJANS - Avropa çempionumuz erməni rəqibinə qalib gəlib

 Xəbərlərin Faktiki Ünvanı 

İdman

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir. Mundialın ikinci günündə Azərbaycan millisinin üzvü Əli Zamanov ilk döyüşünü keçirib.

Trtajans.az xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionumuz 1/16 final mərhələsi çərçivəsində ermənistanlı Ruben Qarboyanla üz-üzə gəlib. Zamanov rəqibini 3:0 (28:28, 29:27, 29:27, 29:27, 28:28) hesabı ilə məğlub edib. O, 1/8 finalda ilk mərhələdən azad olan tailandlı Tanakon Aonyaemlə qarşılaşacaq. Bu görüş aprelin 15-də baş tutacaq.

Qeyd edək ki, yığmamız 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyində 9 idmançı ilə təmsil olunur. Yarış aprelin 23-də başa çatacaq.

 

 

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...