TRTAJANS - İdman

 Xəbərlərin Faktiki Ünvanı 

İdman

 

Türkiyənin "Beşiktaş" klubu 3 il öncə İngiltərə "Everton"una 22,5 milyon avroya satdığı futbolçusu Cenk Tosunu icarə əsasında geri qaytarıb.
30 yaşlı hücumçu mövsümün sonunadək havayı icarəyə götürülüb. Üstəlik, Tosunun 1,5 milyon avro olan yarım illik təminat məbləğinin bir hissəsini "Everton" qarşılayacaq. O, "qara-qartallar"dan mövsümün sonunadək çıxışının əvəzi olaraq, 1 milyon avro alacaq.
Bu keçid Mario Mancukiç və Halkın transferi gerçəkləşmədikdən sonra həyata keçirilib. "Beşiktaş" Rusiya MOİK-inin də ciddi maraqlandığı forvardı geri qaytarmağı bacarıb. Qeyd edək ki, Cenk Tosun bu gün Bakı vaxtı ilə saat 19:30-da İstanbulda olacaq. O, İngiltərədən gəldiyi üçün "Fənərbağça"nın yeni transferi Mesut Özil kimi bir həftə karantində qalacaq. Cenkin ikinci koronavirus testi neqativ çıxdıqdan sonra komandaya qoşulacaq.

 

İngiltərənin "Arsenal" klubunun futbolçusu Mesut Özil karyerasını Türkiyədə davam etdirəcək. Trtajans.az DHA-ya istinadən xəbər verir ki, türk əsilli almaniyalı yarımmüdafiəçi "Fənərbağça" ilə anlaşıb. 33 yaşlı oyunçunun İstanbul təmsilçisi ilə 3,5 illik müqavilə imzalayacağı bildirilib.
Qeyd edək ki, Mesut Özil "Arsenal"dan öncə Almaniyada "Şalke" və "Verder"in, İspaniyada isə "Real Madrid"in formaını geyinib.
Təcrübəli yarımmüdafiəçi bir müddət əvvəl İdman Araşdırmalar Mərkəzinin keçirdiyi sorğunun nəticəsində Azərbaycanda İlin Döyüşkən Legioneri seçilib.

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin finalına yüksəlib. 34 yaşlı şahmatçı yarımfinalda rusiyalı Daniil Dubovu mübarizədən kənarlaşdırmaqla bu hüquqa yiyələnib.  İlk görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edən Rəcəbov ikinci matçını bu gün keçirib. Qrossmeysterimiz növbəti duelinin ilk 2 oyunda qələbə qazandığından ən azı heç-heçəni təmin edib və digər qarşılaşmaların əhəmiyyəti qalmayıb. Bu səbəbdən də həmyerlimiz finala yüksəlib. O, reqlamentə əsasən yanvarın 2-də və 3-də həlledici qarşılaşmalara çıxacaq. İki görüşün nəticəsinə əsasən çempion müəyyənləşməsə, tay-brek oynanılacaq. Finalda isə həmyerlimizin rəqibi Maksim Vaşye-Laqrava (Fransa) qalib gələn Levon Aronyan (Ermənistan) olacaq.

Qeyd edək ki, yarımfinalda uduzan Dubovla Vaşye-Laqrav 3-cü yer üçün oynayacaqlar. 

 

“İlk iki görüşüm rahat keçdi. Hər ikisində vaxtından əvvəl qələbə qazandım. Əslində bütün qarşılaşmalara 6 dəqiqəlik mübarizə kimi baxıram və buna uyğun köklənirəm.

Daha cox oxu...
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...