TRTAJANS - İdman

 Xəbərlərin Faktiki Ünvanı 

İdman

 Türkiyənin A milli kişi basketbol komandası Hollandiyanın Xorvatiyanı 65-57 hesabıyla məğlub etməsiylə ilk üçlükdə iştirak etmək və Avropa Çempionatına getmək haqqını əldə edib.

  FİBA 2022 Avropa Çempionatı seçmələrində D Qrupu 5-ci matçında Hollandiya basketbol komandası Xorvatiyanı 65-57 hesabı ilə məğlubiyyətə uğradıb. Bununla da Türkiyənin A milli kişi basketbol komandası D qrupunda ilk üçlükdə iştirak və Avropa Çempionatına getmək haqqını qazanıb.

  D qrupunun son matçında A milli komandası 22 fevralda (bazar ertəsi) Türkiyə saatı ilə 20.00-da Xorvatiya ilə qarşılaşacaq. Qrupun digər mübarizəsi isə 17.00-da İsveç ilə Hollandiya arasında olacaq.

  Türkiyənin vitse-prezidenti Fuad Oqtay “twitter”dən "Avropa Çempionatına qatıldığı üçün A milli kişi basketbol komandamızı ürəkdən təbrik edirəm" , - deyə paylaşıb.

  Ölkənin gənclik və idman naziri Mehmet Məhərrəm Kasapoğlu, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu və başqaları da Türkiyə millisini təbrik edərək komandaya çempionatda müvəffəqiyyətlər arzulayıblar.

Azərbaycanlı tələbə Yunan-Roma güləşi üzrə Fransanın paytaxtı Parisdə keçirilən beynəlxalq turnirdə qələbə qazanıb. 55 kq çəki dərəcəsində yarışan 18 yaşlı İlkin Qənbərli erməni rəqibi Miqran Nazaryanı finalda məğlub edərək turnirin qalibi olub.

Beynəlxalq turnir 13-15 fevral tarixində keçirilib.

Qeyd edək ki, 2003-cü il təvəllüdlü İlkin Qənbərli Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin 1-ci kurs tələbəsidir. O, 5 qat respublika çempionu və bir sıra beynəlxalq turnirlərin qalibidir.

 

“Opera Euro Rapid” turnirindən sonra “Champions Chess Tour”un ümumi sıralaması açıqlanıb.

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov 19 şahmatçının yer aldığı siyahıya başçılıq edir.

Təmsilçimiz arxada qalan turnirlərdən sonra həm topladığı xallara, həm də qazandığı mükafatın məbləğinə görə 1-ci yerdə qərarlaşıb. Teymurun aktivində 91 xal var.

ABŞ şahmatçısı Uesli So 62, ermənistanlı Levon Aronyan 60 xalla ilk “üçlük”də qərarlaşıb. Dünya çempionu norveçli Maqnus Karlsen yalnız 4-cüdür – 50 xal.

Teymur tur çərçivəsində 65 min dollar qazanc əldə edib. Aronyanın mükafatları 45, Sonun isə 40 minə bərabər olub.

Qeyd edək ki, tur çərçivəsində üç turnir keçirilib.

 

 

 

 

 

Ukraynada təşkil edilən təşkilatda Türk boksçu Arda Tamer Avcı 39 yaşındakı Gürcüstan atleti Vladimer Janezaşvilini ikinci raundda nokauta salıb və UBO (Universal Boxing Organization) qitələrarası çempionu oldu.

Daha cox oxu...
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...