TRTAJANS - KADIROVUN HƏQİQƏTƏN DƏ UKRAYNADA OLUB-OLMADIĞINI KREML BİLMİRLƏR...

 Xəbərlərin Faktiki Ünvanı 

Siyasət

...Ramzan Kadırovun Zelenskini hədələyən videoçıxışı dünya siyasətçilərinin diqqət mərkəzindədir...

Amma maraqlıdır ki, Kremldə Çeçenistan rəhbəri Ramzan Kadırovun Ukraynada olub-olmaması ilə bağlı məlumat yoxdur. "Təzadlar" bildirir ki, Rusiya Federasiyası Prezidentinin köməkçisi Dmitri Peskov Rusiyanın İnterfaks agentliyinə açıqlamasında belə deyib. "Xeyr. Belə bir məlumatımız yoxdur... Mənim fikrimcə, o, birbaşa Ukraynada olduğunu iddia etməyib. Birbaşa bəyanatlar olmayıb, ona görə də sizdən xahiş edirəm ki, respublika rəhbərinin Çeçenistandakı administrasiyası ilə əlaqə saxlayasınız".
 Martın 14-də Ramzan Kadırov sosial şəbəkələrdəki videosunda Kiyev yaxınlığındakı Qostomeldə olması ilə öyünür və tezliklə paytaxtda ola biləcəyi ilə Ukrayna rəhbərliyini hədələyirdi. Amma indi məlum olur ki, Rusiyanın tabeliyində olan bir şəxsin harada olmasından xəbərsizdirlər.

Pin It
»

40% Endirimli

Qalereya