TRTAJANS - RUSLAR KİYEVDƏN GERİ ÇƏKİLMƏK İSTƏYİR, AMMA KADIROVUN DƏSTƏSİ QOYMUR

 Xəbərlərin Faktiki Ünvanı 

Siyasət

 

Kiyevi ələ keçirməyə çalışan rus qoşunlarının sıralarında əsgərlərin geri çəkilməsinə imkan verməyən “qoruyucu dəstələr” var.

Bu barədə Ukrayna Ali Radasının Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Fyodor Venislavski "Uaraz" telemarafonunun efirində belə bir sensasion bəyanatla çıxış edib: "İşğalçı qüvvələrdə "müdafiə dəstələri” yaradıldığı haqda məlumatlar var. Yəni, Stalinin və Hitlerin döyüş üsulları təkrarlanır”.
Venislavskinin sözlərinə görə, Kadırovun belə xüsusi dəstələri Kiyev istiqamətində (Kiyev dənizi, İrpen, Qostomel, Buça) yerləşdirilib. Onlar Ukrayna silahlı qüvvələri ilə hərbi toqquşmalardan yayınan Rusiya hərbçilərinin geri çəkilməsinin qarşısını almağa çalışırlar. Belə dəstələrdən İosif Stalin və Adolf Hitlerin dövründə istifadə edilərdi. Venislavski bunu yaxşı əlamət hesab edir, bu o deməkdir ki, “çünki qarşıdakı düşmən(oxu: Ukrayna.red.) güclüdür, amma məğlubedilməz deyil” və deməli, Rusiya hərbçiləri Ukraynadan geri çəkilmək və döyüşmək istəmir.
A.Məmmədli

Pin It
»

40% Endirimli

Qalereya