TRTAJANS - "FRANSADAN UKRAYNAYA SİLAHLAR GƏLİR"- ZELENSKİ

 Xəbərlərin Faktiki Ünvanı 

Siyasət

Bu gün fevralın 26-da səhər saatlarında prezident Vladimir Zelenski Fransa prezidenti Emanuel Makronla danışıb, tərəfdaşlardan silah və texnikanın Ukraynaya gəldiyini açıqlayıb...

"Təzadlar" Ukrayna KİV-lərinə istinadla bildirir ki, bu barədə Zelenski Twitter-də yazıb: "Diplomatik cəbhədə yeni gün Emanuel Makronla söhbətlə başladı. Tərəfdaşlarımızdan silah və texnika bizə gəlir. Anti-müharibə koalisiyası fəaliyyət göstərir!"

Bundan əvvəl Ukraynanın rəsmi mənbələri bildirmişdi ki, Rusiya qoşunlarının çox ağır itki verdiyini bildirmişdi: "...Fevralın 26-da səhər saatlarına olan məlumata görə, 3,5 mindən çox rus və 200-ə yaxın məhbus həlak olub. Ukrayna Silahlı Qüvvələri polis və terrorçulara qarşı müdafiə ilə birlikdə bütün vəziyyətə və Ukraynanın bütün ərazisinə tam nəzarət edir. Fevralın 26-da səhər saat 7-də Ukraynadakı rus qoşunları heç bir taktiki və əməliyyat üstünlüyü əldə etməyiblər".

A.Məmmədli

Pin It
»

40% Endirimli

Qalereya