TRTAJANS - Türkiyənin nəqliyyat və infrastruktur naziri Azərbaycana səfərə gəlib - FOTO

 Xəbərlərin Faktiki Ünvanı 

İqtisadiyyat

Azərbaycan tərəfinin dəvəti ilə Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Türk nümayəndə heyəti nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevlə birlikdə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını, “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.

Trtajans.az  Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən bildirir  ki, qonaqlar Heydər Əliyev Mərkəzinə və Hərbi Qənimətlər Parkına da baş çəkiblər.

Sonra nümayəndə heyəti İçərişəhərdə tarixi-memarlıq abidələri ilə tanış olub.

Qeyd edək ki, iki ölkə nazirlərinin işğaldan azad edilmiş ərazilərdə icrasına başlanılan infrastruktur layihələri ilə yerində tanışlıq məqsədilə Füzuli və Xocavənd rayonlarına birgə səfərləri nəzərdə tutulub.

Pin It
»

40% Endirimli

Qalereya