TRTAJANS - İsrailli alimlərdən koronavirusun Britaniya ştammı barədə yeni nəticə

 Xəbərlərin Faktiki Ünvanı 

Səhiyyə

Təl-Əviv Universitetində aparılan yeni tədqiqatın nəticələri göstərib ki, Britaniya ştammı (B.1.1.7) birinci koronavirusla müqayisədə

45 faiz daha yoluxucudur.

Trtajans.az xəbər verir ki, AzərTac tədqiqatların nətisəcini “Cell Reports Medicine” jurnalına istinadən bildirib.

Tədqiqatın müəlliflərindən biri – Təl-Əviv universitetinin Sakler adına Tibb fakültəsinin kliniki mikrobiologiya və immunologiya kafedrasının professoru A.Munits deyib: “Biz üç müxtəlif virus genini testləşdirən dəstdən istifadə edirik. Britaniya variantında, həmçinin B.1.1.7 kimi tanınan bu ştammda bu genlərdən biri – S geni mutasiya nəticəsində pozulub. Buna görə də biz hətta genetik ardıcıllıq olmadan variantın yayılmasını izləməyi bacardıq”.

Professor A.Munitsin sözlərinə görə, laboratoriya məlumatları Britaniya variantının çox sürətlə yayılmasını göstərir: 2020-ci il dekabrın 24-də müsbət nəticələrin yalnız 5 faizi Britaniya variantına aid edilib. Cəmi 6 həftədən sonra – 2021-ci ilin yanvarında bu variant İsraildə COVID-19 yoluxmalarının 90 faizinə səbəb olub. Cari göstərici təxminən 99,5 faiz təşkil edir.

A.Munits deyib: “Bu kəskin artımı izah etmək üçün biz SARS-CoV-2 virusunun R-ədədini Britaniya variantının R-ədədi ilə müqayisə etdik. Başqa sözlə desək, hər hansı varianta sahib hər bir insandan orta hesabla neçə nəfər yoluxa bilər sualına cavab axtardıq. Məlum oldu ki, Britaniya variantı 45 faiz – təxminən 1,5 dəfə daha yoluxucudur”.

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...