TRTAJANS - Özbəkistanda koronavirusun Afrika ştammı aşkarlandı

 Xəbərlərin Faktiki Ünvanı 

Səhiyyə

"Ölkədə koronavirusa yoluxma sayı  günbəgün artmaqdadır"

Trtajans.az  xəbər verir ki, bu haqda Özbəkistanın Baş naziri Abdulla Aripovun rəhbərliyi ilə Koronavirusun Yayılmasının Qarşısının Alınması üzrə Xüsusi Respublika Komissiyasının iclasında məlumat verilib.

Baş nazir deyib ki, hazırda Afrika ştammının öyrənilməsi və qarşısının alınması üzrə tədbirlər həyata keçirilir.

Abdulla Aripov bildirib ki, ölkədə koronavirusa yoluxma sayı da günbəgün artmaqdadır. Yanvar ayında gündəlik yoluxma sayı 15-ə enmişdisə, indi bu rəqəm sutkada 300-ü keçib. Əgər keçən il infeksiya uşaqlara toxunmurdusa, indi vəziyyət əksinədir. Belə ki, hazırda infeksiyanın yayılması ali məktəblərdə 6-7, orta məktəblərdə 11-15 faiz artıb. Məktəbəqədər tərbiyə müəssisələrində də yoluxma sayı çoxalıb və bunun qarşısının alınması istiqamətində tədbirlər görülür.

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...