TRTAJANS - İngiltərə bu vaksinlə bağlı qərar verdi

 Xəbərlərin Faktiki Ünvanı 

Səhiyyə

İngiltərədə 30 yaşdan aşağı olanlarda qan laxtalanmasına səbəb olduğu üçün

“Oxford-AstraZeneca” peyvəndi vurulmayacaq.

  Dərman və Tibbi Məhsulları Tənzimləmə Təşkilatı (MHRA) şərhində “Oxford-AstraZeneca” peyvəndinin ciddi xəstəliklərin qarşısını almaqda  böyük faydaları olduğunu qeyd edərək bildirib: “Bununla belə 31 marta qədər 79 qan laxtalanması halı baş verib ki, bunlardan 19-u ölümlə nəticələnib. Qan laxtalanmasına nəyin gətirib çıxardığı hələ dəqiləşməyib.”

  Laxtalanma hadisəsi baş verənlərin (51-i qadın və 28-i kişi) yaşı 18-79 arasında dəyişir. Həyatını itirən 19 adamdan 3-ü 30 yaşdan aşağıdır. 19 ölümün 14-ü beyin, 5-i isə damarlarda qan laxtalanması nəticəsində baş verib.

  MHRA şərhindən sonra İngiltərə Peyvənd Komitəsi 30 yaşdan aşağı olanlara artıq “Pfizer” və ya “Moderna” peyvəndlərinin təqdim ediləcəyini açıqlayıb.

  “Oxford-AstraZeneca” peyvəndinin birinci dozası vurulmuş adamlara isə eyni peyvəndin ikinci dozası da tətbiq ediləcək.

  Qeyd edək ki, İngiltərədə 20 milyondan çox adama “Oxford-AstraZeneca” peyvəndi vurulub.

  Xatırladaq ki, bir sıra Avropa ölkəsi qan laxtalanması səbəbindən sözügedən peyvəndin istifadəsini təxirə salıb, bəziləri isə yaşa görə məhdudlaşdırıb.

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...