TRTAJANS - "Müharibə zamanı həlak olmuş uşaqlarla bağlı beynəlxalq təşkilatlara müraciət etmişik"

 Xəbərlərin Faktiki Ünvanı 

Toplum

"Biz Vətən müharibəsi zamanı həlak olmuş və zərər görmüş uşaqlarla bağlı

hələ o zamandan dəfələrlə beynəlxalq təşkilatlara müraciət etmişik və etiraf bəyanatları vermişik".

Trtajans.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, bu proses hələ də davam etməkdədir: “Biz bütün görüşlərimizdə beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə, digər ölkələrdə komitə ilə paralel fəaliyyət göstərən qurumların rəhbərliyi ilə müzakirələr zamanı bu məsələni gündəmə gətiririk. Həm ölkə daxilində, həm də xaricində bu məsələnin qınaq obyekti olması üçün dostlarımızı bu prosesə cəlb edirik. İndiki halda ölkə olaraq demək olar ki, istəklərimizə nail oluruq".

Komitə sədri qeyd edib ki, Azərbaycanın apardığı siyasət nəticəsində nə təcavüzkarı, nə təcavüzkarlıq siyasətini, nə də onun konkret nəticələrini açıq şəkildə müdafiə etmək mümkündür: "Ona görə də bu gün Ermənistan durduğu yerdədir. Hesab edirəm ki, bu siyasət onları daha ciddi dalana aparacaq".

Pin It

Qalereya