TRTAJANS - Azərbaycan “Avroviziya -2021”in final mərhələsinə keçib - VİDEO

 Xəbərlərin Faktiki Ünvanı 

Mədəniyyət

Bu gün Niderlandın Rotterdam şəhərində “Avroviziya -2021”

mahnı müsabiqəsinin birinci yarımfinal mərhələsi keçirilib. Azərbaycanı təmsil edən Samirə Əfəndi 14 nömrə altında “Mata Hari” mahnısını ifa edib və  finala vəsiqə qazanıb.

Təqdim olunan mahnının müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir.

Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış edib.

Finala vəsiqə qazanan ölkələr Norveç, İsrail, Rusiya, Azərbaycan, Malta, Litva, Kipr, İsveç, Belçika və Ukrayna olub.

Qeyd edək ki, müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final yarışması isə mayın 22-də keçiriləcək.

Trtajans.az

Pin It
»

40% Endirimli

Qalereya