
Dünya
- Cuma, 12 Subat 2021
- Jurnalist Yasemen MEMMEDLİ
Nigeriya sahillərində dəniz quldurları tərəfindən girov götürülən "Motsart" gəmisinin lheyət üzvləri - 15 türkiyəli dənizçi nəhayət ki, xilas ediliblər.
Bu barədə TRT Haber məlumat yayıb.
Bildirilib ki, hazırda Nigeriyanın Port Harkort şəhərində olan dənizçilərin səhhəti normaldır.
Xəbər verdiyimiz kimi, yanvarın 23-də dəniz quldurları Nigeriya sahillərində "Motsart" adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum ediblər. Hücum zamanı gəminin 19 heyət üzvündən 15-i qaçırılıb, azərbaycanlı mühəndis Fərman İsmayılov isə öldürülüb. Gəmi 3 heyət üzvü ilə Qabonun Port-Gentil Limanına gətirilib.
Xatırladaq ki, Fərman İsmayılovun cənazəsi əvvəlcə Qabondan Türkiyəyə, yanvarın 27-də isə Azərbaycana gətirilərək torpağa tapşırılıb.
Əlaqədar məhsullar:
Top Videos
Populyar
- ən oxumaq