
Dünya
- Pazartesi, 28 Aralik 2020
- Jurnalist Asif Merzili

Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Rusiyanın Sankt-Peterburq şəhərində növbəti “Reliqiə i Nakazanie” (Din və Cəza) adlı kitabı çap edilib.
Qeyd edək ki, kitab rus dilindən başqa yaxın zamanlarda Azərbaycan, türk, alman və ingilis dillərində də çap ediləcək. Əsərdə dinin tarixən cəzanın müəyyən edilməsinə təsiri, cəzanın fəlsəfəsi və s. məsələləri geniş təhlil edilib. Bundan əlavə, bu ay Professor İlham Rəhimovun İran İslam Respublikasında “Cinayət və cəzanın fəlsəfəsi” əsəri də işıq üzü görüb. Qeyd edək ki, əsərin bu ölkədə çap edilməsi təklifi İranın hüquq elm mərkəzləri tərəfindən gəlib.
Əlaqədar məhsullar:
Top Videos
Populyar
- ən oxumaq