TRTAJANS - "Mixeil Saakaşvili Milli Hərəkatın lideridir və heç kim onun yerini tuta bilməz"

 

Xəbərlərin Faktiki Ünvanı 

Dünya

"Mixail Saakaşvili Vahid Milli Hərəkatın lideridir, heç kim onun rolunu azalda bilməz və heç kim onun yerini tuta bilməz".

Trtajans.az  xəbər verir ki, bu sözləri "Vahid Milli Hərəkat"ın liderlərindən olan Zaal Udumaşvili partiyanın yeni sədri barədə danışarkən deyib. Udumaşvili jurnalistlərə müsahibəsində bildirib ki, partiya sədri partiyaya rəhbərlik etməlidir. Eyni zamanda, Udumaşvilinin sözlərinə görə, indi "Vahid Milli Hərəkat"ın əsas vəzifəsi böyük tərəfdar ordusunu artırmaqdır: “Hamının yanına gələcəyik, hamı ilə danışacağıq. Bəli, partiyamızın sıraları mümkün qədər çox olmalıdır", - deyə Zaal Udumaşvili bildirib. Qeyd edək ki, bu gün "VMH" partiyasının yeni lideri Nika Meliyanın təsdiqlənməsi ilə bağlı qurultay keçirilib, sözügedən qurultaya Mixeil Saakaşvili də canlı video görüntü ilə qatılıb və təbrik edib.

Pin It
»

40% Endirimli

Qalereya