TRTAJANS - Türkiyə Aralıq dənizinin şərqinə "Əbdülhəmid Xan" adlı yeni qazma gəmisi göndərdi

 Xəbərlərin Faktiki Ünvanı 

Dünya

Türkiyə iki illik fasilədən sonra 9 avqust tarixində karbohidrogen qazma əməlliyatlarına başlaması məqsədi ilə Əbdülhəmid Xan adlandırılan qazma gəmisini vəzifəsini icra etmək üçün Aralıq dənizinin şərqinə göndərdi. Türkiyə 2020-ci ilin sentyabrında Yavuz qazma gəmisinin mübahisəli sulardan çıxarılmasından sonra Şərqi Aralıq dənizinə qazma gəmisi göndərməmişdir. Əbdülhəmid Xan gəmisinin qazma əməliyyatlarını həyata keçirəcəyi dəniz suları bəzi mübahislərə səbəb olsa da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni gəminin Kiprin də üzərində iddiası olan sulardan kənarda fəaliyyət göstərəcəyini bildirib.

İngiltərənin Reuters xəbər ajansının paylaşdığı xəbərə əsasən, Tayyib Ərdoğan bu gəminin Türkiyənin dördüncü qazma gəmisi olduğunu deyərək Antalyanın cənub sahilindəki Qazipaşa bölgəsindən 55 kilometr aralıda fəaliyyət göstərəcəyini bildirib.

Türkiyənin Mersin vilayətində gəminin fəaliyyət göstərəcəyi yerə yola salınma mərasimində çıxış edən Tayyib Ərdoğan “Aralıq dənizində apardığımız tədqiqat və qazma işləri bizim suveren ərazimiz daxilindədir. Bunun üçün heç kimdən icazə və ya razılıq almağa ehtiyacımız yoxdur” deyə əlavə edib.

Gəminin fəaliyyətə göndərilməsi Türkiyə və Yunanıstan arasındakı münasibətlərin silahsızlaşdırılma statusuna malik Egey adalarının Yunanıstan trəfindən silahlandırılması səbəbi ilə gəriginləşdiyi vaxta təsadüf edir.

Son on ildə Aralıq dənizinin şərqində təbii qaz kəşfləri regionu Avropa üçün əlverişli alternativ enerji mənbəyinə çevirsə də regiondakı qonşu ölkələr arasında ehtiyatlara dair hüquqlarla bağlı mübahisələri üzə çıxarıb.

Yunanıstan hökümətinin sözçüsü Giannis Oikonomou  çərşənbə axşamı reportersə verdiyi müsahibədə Yunanıstanın bu müddəti diqqətlə izlədiyini deyərək əlav edib "Biz ayıq olmalıyıq... Biz həmişə regionumuzda sabitliyin olması, beynəlxalq hüququ və öz suveren hüquqlarımızı tam müdafiə etmək üçün üzərimizə düşəni etmişik" .

Türkiyənin Yavuz, Fatih və Qanuni qazma gəmilərinin fəaliyyət göstərdiyi Qara dənizdə 540 milyard kubmetr həcmində təbii qaz ehtiyatı aşkar edilmişdir. Lakin, Türkiyə enerji ehtiyaclarını ödəmək üçün demək olar ki, tamamilə idxaldan asılıdır və artan qlobal enerji qiymətləri hökumətin cari hesab kəsirini profisitə çevirmək planını pozur.(Reuters) Bu səbəblə Ərdoğan Əbdülhəmid xanı “Türkiyənin enerji sahəsində yeni baxışının simvolu” adlandırıb. O həmçinin bildirib ki, "Qlobal iqtisadi böhranda silaha çevrilmiş təbii qaz və neft ehtiyatlarımızı nə qədər tez artıra bilsək, bu kritik prosesdə bir o qədər üstünlük əldə edəcəyik. Bu, həm enerji asılılığımızı azaltmağa, həm də cari hesab kəsirini bağlamağa kömək edəcək”.(Deutsche Welle)

Ankara 238 metrlik (780,84 fut) Abdulhamid Han-ın tədqiqat və kəşfiyyat donanmasında ən böyük və texnoloji cəhətdən ən inkişaf etmiş dərin dəniz qazma gəmisi olduğunu bildirib. O, 12.000 metrdən çox qaza bilir.(Reuters)

Təqdim etdi: Nərminə Hacıyeva

 

Pin It
»

40% Endirimli

Qalereya