TRTAJANS - ABŞ VƏ İSRAİL İRANA QARŞI VAHİD CƏBHƏ YARADIR

 Xəbərlərin Faktiki Ünvanı 

Dünya

 Amerika Birləşmiş Ştatrlarının prezidenti Co Baydenin Orta Asiyada səfər etdiyi ölkələrdən biri də israil oldu.

Bayden  İsrailə çatdığı andan etibarən Vaşinqtonun İsrailin təhlükəsizliyinə sadiq olduğuna və ölkəyə olan yaxınlığına dair bəyanatlar verdi və ABŞ- İsrail əlaqələrinin dərin olduğunu qeyd etdi. Səfər zamanı Bayden və İsrailin baş naziri Yair Lapid Tehrana qarşı vahid cəbhə nümayiş etdirdilər. İki lider İranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verməyəcəklərini vəd edən birgə bəyannamə imzaladılar, Vaşinqton isə ABŞ-ın İsrailin təhlükəsizliyinə olan “ikitərəfli və müqəddəs” öhdəliyinə sadiq qalacağına söz verdi.

İyulun 14-də yayılan birgə bəyanatda qeyd edilir: “Birləşmiş Ştatlar vurğulayır ki, bu öhdəliyin ayrılmaz hissəsi İranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verməmək öhdəliyidir və bu nəticəni təmin etmək üçün milli gücünün bütün elementlərindən istifadə etməyə hazırdır”.

İsrailin Kanal 12 xəbərlərinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün ona qarşı güc tətbiq edib-etməyəcəyi ilə bağlı sualını Bayden “əgər bu son çarədirsə, bəli” deyə cavablandırıb.

Bayden sonda İranın nüvə silahına sahib olmamasını təmin etmək üçün diplomatiyanın ən yaxşı yol olduğuna inanmaqda davam etdiyini bildirib. (xəbər Al-Jazeera xəbər saytına istinadən yazılmışdır)

Nərminə Hacıyeva

 

Pin It
»

40% Endirimli

Qalereya