TRTAJANS - Türkiyə və İsrail münasibətlərini normallaşdırır

 Xəbərlərin Faktiki Ünvanı 

Dünya

 

Uzun müddətdir Türkiyə və İsrail arasındakı soyuq münasibətlərdə isinmə müşahidə edilir...

Belə ki, Türkiyə və İsrail prezidentləri Recep Tayyip Erdoğan və İsaak Hersoq telefon söhbətində ikitərəfli münasibətləri və regiondakı vəziyyəti müzakirə ediblər. Bu barədə Türkiyə Prezident Administrasiyasının Əlaqələr İdarəsi məlumat verib, xəbəri cümə axşamı "Anadolu" Agentliyi yayıb. Erdoğan İsrailli həmkarı ilə söhbətində Türkiyə-İsrail münasibətlərinin Yaxın Şərqdə təhlükəsizlik və sabitlik üçün əhəmiyyətli olduğunu bildirib. Türkiyənin dövlət başçısı qeyd edib ki, həm ikitərəfli, həm də regional məsələlərlə bağlı qarşılıqlı anlayış əldə olunarsa, iki ölkə arasında fikir ayrılıqlarını minimuma endirmək olar. O, regionda sülh, dözümlülük mühitinin və birgə yaşamaq mədəniyyətinin bərpa edilməsinin vacibliyini vurğulayıb. Bunun üçün Fələstin-İsrail əlaqələrinin inkişaf etdirilməsi və tərəflər arasında sülh prosesinin bərpa edilməsi vacibdir. Erdoğan hesab edir ki, Türkiyə və İsrail arasında əlaqələrin və dialoqun davam etdirilməsi hər iki tərəfin maraqlarına uyğundur. İsrail prezidentinin mətbuat xidməti də Erdoğan və Hersoq arasında telefon danışığı haqqında məlumat yayıb. Məlumata əsasən, söhbət İsrail tərəfin təşəbbüsü ilə baş tutub. Danışıqlar müsbət keçib, Erdoğan Yaxın Şərqdə sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi nöqteyi-nəzərdən İsraillə əlaqələrin əhəmiyyətini qeyd edib. Hersoq öz növbəsində İsrail və Türkiyənin regionda sülhü təmin etmək üçün ikitərəfli və regional mövzularla bağlı hərtərəfli dialoqa başlamasından məmnunluğunu ifadə edib. Dövlət başçıları daimi əlaqələrin davam etdirilməsi zərurətini vurğulayıblar.

 Qeyd edək ki, 11 il əvvəl, Ankara fələstinlilərin hüquqlarının müdafiəsi məsələsində İsrailə təzyiq göstərməyə çalışdığı zaman iki ölkə arasında münasibətlər kəskin şəkildə pisləşmişdi. Və Qarabağ müharibəsində türkiyə ilə yanaşı, İsrail də Azərbaycanın yanında oldu...

A.Məmmədli

 

Pin It
»

40% Endirimli

Qalereya