TRTAJANS - Dünya

 

Xəbərlərin Faktiki Ünvanı 

Dünya

“Ukrayna Rusiya ilə NATO-ya üzv olmaqdan imtina məsələsini və Krımın statusunu müzakirə etməyə hazırdır, ancaq hərbi əməliyyatlar dayandırıldıqdan və Rusiya qoşunları Ukrayna ərazisindən çıxarıldıqdan sonra”.

Daha cox oxu...

…Hafiz Mir Cəlal oğlu Paşayev… Yəqinki Azərbaycanda onun ötən ilədək Azərbaycan xarici işlər nazirinin müavini, diplomat və «ADA» Universitetinin rektoru, elm və ictimai, təhsil… xadimi olduğunu bilməyən az adam tapılar.

Daha cox oxu...

Azərbaycansevər, dəyərli qardaşımız, "Təzadlar"ın daimi oxucusu Dr. Abdulkadir İnaltekin Azərbaycan dili, ədəbiyyatı və təhsili üzrə ixtisaslaşmış peşəkar mütəxəssisdir...

Onun Azərbayacana olan məhəbbətinin və sevgisinin sərhədi yoxdur. Dünyanın harasında olsa da Azərbaycanı unutmur, Türkiyə-Azərbaycan qardaşlığını tərənnüm edir... O, bir müddət Berlin Humboldt Universitetində (HUNBULLD) işləyib. Azərbaycan dili ədəbiyyatı və təhsil elmi sahələri ilə yanaşı, sosiologiya, tarix və ədəbiyyatla da məşğul olan İnaltəkin suriyalı uşaqlar, mühacirlər və müstəmləkəçiliklə bağlı da araşdırmalar aparır. Ankarada anadan olan Dr. Abdulkadir İNALTEKİN hazırda Berlində yaşayır.

*** 

Bu gün isə daha bir şad xəbər aldıq: Dr. Abdulkadir İnaltekinin oğlu Ənəs Malik İnaltəkin İstanbulda keçirilən Beynəlxalq "AJP TOUR İSTANBUL" turniri silsiləsindən Qarışıq Güləş Yarışmasında 1-ci yer tutub, Qızıl medala layiq görülüb. Ən maraqlısı və qürurverici haldır ki, Ənəs Malik İnaltəkin təltif olunma zamanı Azərbaycan bayrağını qalibiyyət meydanında ucaldıb...

Qeyd edim ki, Ənəs Malik İnaltəkin UFC turnirindəki bacarığına görə dünyanın ən yaxşı döyüşçülər siyahısında 8-ci yerə layiq görülmüş, Qızıl kubokun qalibi Həbib Nurməhəmmədov məktəbinin davamçılarındandır.

Dəyərli Abdulkadir bəyi və oğlu Ənəs Malik İnaltəkini bu möhtəşəm qələbə münasibətilə ürəkdən təbrik edir, daha böyük uğurlar arzulayırıq! İnşallah, tezliklə həmin bayrağı öz əlləri ilə Şuşada dalğalandırar... Şuşa Azərbaycandır, Qarabağ Azərbaycandır! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı və birliyi!

A.Məmmədli 

 

“Azərbaycanla İran arasında, qonşu ölkənin ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması tarixi hadisədir”.
Daha cox oxu...
»

40% Endirimli

Qalereya