TRTAJANS - Dünya

 Xəbərlərin Faktiki Ünvanı 

Dünya

Rusiya prezidenti Vladimir Putin Əfqanıstandakı münaqişənin Rusiyanın təhlükəsizliyinə birbaşa təsir etdiyini bildirib.

Daha cox oxu...

Prezident Rəcəb Tayyib Ərdoğan İngiltərənin Baş naziri Boris Consonla telefon danışığı keçirdi.

Daha cox oxu...

 Xəbər verdiyimiz kimi, ötən həftə "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivakın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri - İsrailin "Ronkino media group"un Marketinq direktoru Aleksandr Qur Arye, "Azİz"in informasiya saytının rəhbəri, siyasi şərhçi Yuriy Boçarov, "Luchsheye radio"nun üzvü, "Sputnik" qəzetinin baş redaktoru Mark Qorin, "Epoxa"  qəzetinin baş redaktoru Lyudmila Karasova Azərbaycanda səfərdə olublar... Nümayəndə heyəti məxsusi olaraq Qarabağa səfər ediblər və Ermənistanın 30 illik işğalı ilə viranəyə döndərilmiş, dağıdılmış şəhər və kəndlərə baş çəkiblər, erməni vəhşiliyini və vandalizmini öz gözləri ilə görüblər. Bu barədə İsrail mətbuatında geniş reportajlar yayımlanacaq. 

Lyudmila Karasova erməni vandalizminin beynəlxalq səviyyədə araşdırılmasının vacibliyini də söylədi: "...Mark Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının üzvüdür. Bildiyim qədər, komissiya böyük işlər görür... Asif Mərzili də əvvəl söylədi, rəhbəri tanınmış insandır, Salih Kurtdur. Komissiya erməni vəhşiliyini dünyaya çatdırmaqda çox iş görə bilər... Mən də, əgər icazə verilərsə, həmin komissiyanın üzvü olaram... İnanıram ki, belə də olacaq və biz birlikdə erməni vəhşiliyini dünyaya çatdıracağıq".

 Onu da qeyd edək ki, Cəbrayılda, Zəngilanda, Şuşada, Gəncədə, Ağdamda... olan qonaqlar gördüklərindən dəhşətə gəliblər... Səfərin sonuncu günü isə İsrailin "Sputnik" qəzetinin baş redaktoru Mark Qorin və "Epoxa" qəzetinin baş redaktoru Lyudmila Karasova "Təzadlar"ın qonağı oldular, qəzetimizə geniş video-müsahibə verdilər. Erməni vandalizmindən tutmuş, Ermənistanın Qarabağdakı Müharibə Cinayətlərini Araşdırma Beynəlxalq Komissiyasının (KASSAK) gələcək vəzifəsi və fəaliyyəti, İsrail-Azərbaycan əlaqələrinin möhkəmlənməsi istiqamətində görüləcək işlər və s. barədə video müsahibədə geniş bəhs edilir. Bu görüşün baş tutmasında göstərdiyi dəstəyə görə, politoloq, tanınmış hüquqşünas Adil Minbaşıya və professor Fuad Cavadova dərin təşəkkürümüzü bildirik. 

Bəli, israilli jurnalistlərlə olduqca maraqlı və geniş söhbət etdik. Təbii ki, o söhbətin hamısını qəzet səhifəsinə yerləşdirmək mümkün deyil. Ona görə də “Təzadlar”ın oxucuları israilli jurnalistlərlə söhbətə saytımızdakı video müsahibədə tanış ola bilərlər.

 

 

 

Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva dünən Kəlbəcərdə və Laçında olublar. Dövlət başçısı hər iki rayonda strateji obyektlərin təməlini qoyub, Azərbaycanın dövlət bayraqları dalğalandırılıb.

Daha cox oxu...
»

40% Endirimli

Qalereya