İdman

Təxminən iki il yarımdır ki, Azərbaycanda koronavirus səbəbindən tibbi maska taxılması tələb edilirdi...

Koronavirusun qurbanlarının da sayı bəlli, xəstələnsə də, sağalıb normal həyata qayıdanların da sayı məlum... Dünya bu xəstəliyə qarşı birgə mübarizə apardı, qalib gəlməkdədir... Amma mübarizədə ən vacib şərt maska taxılması və sosial məsafə gözlənilməsi tələbi idi. Sabahdan isə Azərbaycanda maska tələbi aradan qaldırılır. Tezadlar.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti aprelin 22-də qərar verib. Qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv olunur. Eyni zamanda, sabahdan Azərbaycanın beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımayacaq və yalnız tövsiyə edilir.

*** 

Bəli, maskadan imtina edilir, amma bu o demək deyil ki, koronavirus da tamamilə məhv edilib. "Düşmən" həmişə var və onunla mübarizədə ən etibarlı silah ehtiyatı əldən verməməkdir!

Ehtiyatlı olun və maskadan istifadə etməsəniz də, koronavirusla mübarizənizədən də qalmayın...

A.Məmmədli