İdman

Dünya Karate Federasiyası (WKF) Tokio Olimpiadasının təsnifat mərhələsini uğrula dəf edən ilk 40 idmançının adlarını açıqlayıb.

Trtajans.az xəbər verir ki, onların arasında Azərbaycan karateçiləri Rafael Ağayev (-75 kq) və İrina Zaretska (+61 kq) da var. 

R.Ağayevin məlum rəqibləri arasında Stanislav Horuna (Ukrayna), Luici Busa (İtaliya), Bəhmən Əsgəri (İran) və Ken Nişimura (Yaponiya) var. İ.Zaretskanın rəqiblərindən isə Həmidəh Abbasəli (İran), Li Qonq (Çin), Məltəm Hocaoğlu (Türkiyə) və Ayumi Uyekusa (Yaponiya) artıq məlumdur.    

32 vəsiqə 8 olimpiya kateqoriyasında reytinq cədvəlinin ilk dördlüyünə, 8 yer isə təşkilatçı ölkə kimi yapon idmançılarına ayrılıb. 

"Tokio 2020"də 80 karateçi yarışacaq, onlardan 60 nəfəri kumitedə, 20 idmançı isə kata çıxışlarında mübarizə aparacaq. Daha 24 idmançı 11-13 İyun tarixlərində Parisdə xüsusi olimpiya lisenziya turnirində vəsiqə qazanmağa çalışacaq. 12 əlavə olimpiya lisenziyası müvafiq olaraq qitə nümayəndəliklərinə veriləcək. Digər 4 karateçiyə olimpiya vəsiqələri Üçtərəfli komissiyanın dəvəti ilə təqdim ediləcək. 

Tokio Olimpiadasının karate yarışları 5-7 Avqustda Nippon Budokan mərkəzində keçiriləcək.