Elm & Texnologiya

...Adətən ermənilərin şikayətindən sonra ayrı-ayrı istifadəçilərin səhifəsini bağlayan, cərimə tətbiq edən... facebook-un indi özü bağlandı.

Bu isə o deməkdir sosial şəbəkə və sosial media heç vaxt çap mediası kimi etibarlı ola bilməz. Adi bir texniki problem bütün arxivi də, informasiya ötürücülüyünü də zərbə altına qoya bilər... Elə dünəndən baş verənlər kimi... Nəhayət, “Facebook” şirkəti genişmiqyaslı kəsilmədən sonra artıq bütün tətbiq və xidmətlərinə girişi bərpa etməyə başlayıb. Bu barədə şirkətin “Twitter” səhifəsində bildirilib. “Bizə güvənən geniş insan icmaları və işadamları üçün: üzr ​​istəyirik. Tətbiqlərimizə və xidmətlərimizə girişi bərpa etmək üçün çox çalışırıq və hazırda yenidən onlayn olduqlarını bildirməkdən məmnunuq. Səbriniz üçün təşəkkür edirik”, - şirkətin paylaşımında belə deyilir. 

Qeyd edək ki, artıq Azərbaycanda da “Facebook”, “WhatsApp” və “Instagram”ın fəaliyyəti bərpa olunub.

Amma üzr istəmək azdır. Bu sosial şəbəkələr artıq etibarı da itirdi. Çünki etibarlı informasiya ötürücülüyü şübhə altındadır...

A.Məmmədli