TRTAJANS - Bermud üçbucağının udduğu pilotlarla bağlı yeni faktlar üzə çıxıb

 Xəbərlərin Faktiki Ünvanı 

Elm & Texnologiya

Uzun illər sirlərlə dolu boxçasını aşkara verməyən Bermud üçbucağı alimlərin üzərində baş sındırdığı bir okean laboratoriyası olub.

Hər dəfə yeni fərziyyələr və ehtimallar deyilsə də, konkret bir sübut olmadığından bu ərazi sirr olaraq qalıb... Nəhayət, dəniz bioloqu, dalğıc Mayk Barnett və onun komandası İkinci Dünya Müharibəsi dövrünə aid təyyarənin qalıqlarını tapıblar. Ehtimal olunur ki, bu, “Reys 19 ”-un itmiş təyyarələrindən biridir. “RİA Novosti” yazır ki, söhbət ABŞ-ın “Reys 19” adlanan beş hərbi təyyarəsinin Bermud üçbucağından keçərkən radarlardan yoxa çıxması ilə bağlı hadisədən gedir. Agentlik əlavə edir: “Əvvəlcə dənizin dibində yalnız bükülmüş metal yığını gördük. Bu, çox şey ola bilərdi – məsələn, batmış gəmidən geriyə qalan tullantılar”, - deyə alim bildirib. Barnett qeyd edib ki, dalğıclar qalıqların yaxınlığından bir pər tapıblar. Qəza yerinin sonrakı tədqiqatı metal hissələrin ötən əsrin 40-cı illərinə aid döyüş təyyarəsinə aid olduğunu müəyyən etməyə imkan verib. “History” kanalında yayımlanan materialda elm adamlarının həqiqətən də “Reys 19”-a aid itkin təyyarələrdən birini tapıb-tapmadıqları dəqiqliklə izah olunmur. Bununla belə, proqramın müəllifləri vurğulayır ki, yeni təfərrüatlar Bermud Üçbucağında baş verən insidentin sirrinin çözülməsi ilə bağlı ipucu ola bilər.
1945-ci ilin dekabrında ABŞ Hərbi-Hava Qüvvələrinə aid 5 “Avenger” tipli bombardmançı təyyarə leytenant Çarlz Teylorun komandanlığı altında təlim uçuşu zamanı Floridadakı hava bazasından havaya qalxıb və bir qədər sonra yoxa çıxıb. Bir neçə saat sonra “Avenger”lərin köməyinə gedən axtarış-xilasetmə təyyarələri ilə də əlaqə kəsilib. Ehtimal olunur ki, pilotlar məşhur Bermud üçbucağında yoxa çıxıblar. Aradan 76 il keçməsinə baxmayaraq, 27 nəfərin faciəli ölümünün təfərrüatları hələ də məlum deyil.
***
Beləcə, "Bermud üçbucağı" hələ də sirri bilinməz və açılmaz bir müəmma olaraq qalır. Hətta müharibədən sonrakı illərdə də ABŞ alimləri həmin əraziyə tədqiqat üçün göndərilmiş ekspedisiyanın qəflətən yoxa çıxmasını hələ də hüznlə xatırlayırlar. Bir sözlə, dünya alimləri, dənizçilər... "Bermud üçbucağı"nın sirrini aça bilmirlər...
A.Məmmədli

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...