Elm & Texnologiya

 

Gürcüstanda pilotsuz uçuş aparatları istehsal olunacaq.

Trtajans.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Cuanşer Burçuladze məlumat verib. Onun sözlərinə görə, "Delta" hərbi elmi-texniki mərkəzdə istehsal olunacaq ilk PUA-lar 2022-ci ildə təqdim ediləcək. Nazir həmçinin bildirib ki, mərkəzin bazasında yaradılacaq Gürcüstan-İsrail birgə müəssisəsi M4 tipli avtomatların istehsalını təşkil edəcək.