TRTAJANS - Çindən qalxan raket yerə yaxınlaşır - Düşə biləcəyi daha bir ölkənin adı açıqlandı

 Xəbərlərin Faktiki Ünvanı 

Elm & Texnologiya

Çinin "Chang Zheng5B" raket daşıyıcısının sərf edilmiş modullarının mayın 9-u səhər tezdən Türkmənistana düşmə ehtimalı var.

Bu barədə ABŞ Hava Qüvvələrinin xüsusi saytında məlumat yayılıb. ABŞ Hərbi Hava Qüvvələrinə görə, düşmə ehtimalı olan yerin koordinatları belədir - 38.1 dərəcə enlik, 62.5 dərəcə uzunluq. Modulların mayın 9-u səhər 04:13 düşəcəyi ehtimal edilir.

Məlumatlara görə, daşıyıcı raket aprelin 29-da Wenchang kosmodromundan start götürüb və gələcək Çin modul kosmik stansiyasının Tianhe (Samanyolu) baza modulunu orbitə çıxarıb. TASS agentliyi yazır ki, daşıyıcı orbitdən çıxma üçün aktiv manevr vasitəsinə malik olmadığından nəzarətsiz enmə həyata keçirir.

Boş çəkisi 18 ton olan raketin düşmə trayektoriyasını Rusiya da izləyir. Mayın 6-da Roscosmos rəhbəri Dmitri Rogozin Telegram-da mümkün eniş zonası olan bir xəritəni paylaşıb.

Bu arada Pekindən yayılan xəbərlərdə qeyd olunur ki, raketin əsas hissəsi atmosferə girdikdən sonra yanacaq:

“Bildiyimizə görə, o xüsusi bir şəkildə hazırlanmışdır - hissələrinin çoxu atmosferə daxil olarkən dağılacaq və yanacaq. Onların Yer üzündə hər hansı bir təhlükə yaratması və ya hər hansı bir zərər görməməsi və ya uçuşlara müdaxilə etməsi ehtimalı çox azdır", - deyə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Wang Wenbin cümə günü keçirilən brifinqdə bildirib.

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...