TRTAJANS - Türkiyə Azərbaycana daha 5 minatəmizləmə maşını göndərib - video

 Xəbərlərin Faktiki Ünvanı 

Elm & Texnologiya

ASFAT tərəfindən istehsal edilən uzaqdan idarə olunan minatəmizləmə maşını MEMATT-ın Azərbaycana ixrac edilməsi davam edir.

Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, beş maşından ibarət ikinci partiyanın da çatdırılması başa çatıb. Beləliklə, bu günə qədər ümumilikdə 7 MEMATT minatəmizləmə maşını qardaşlarımıza təslim edilib. Xeyirli olsun!

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun maddi-texniki təminatının yaxşılaşdırılması, işğaldan azad olunan ərazilərdə minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində aparılan işlər davam etdirilir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən yayılan məlumata görə, həyata keçirilən fəaliyyətlər çərçivəsində Türkiyədən alınan ən müasir mühəndis texnikası və avadanlıqlarının növbəti hissəsi Azərbaycana gətirilib.

Azərbaycan Ordusunun işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan mühəndis-istehkam bölmələrinin sərəncamına veriləcək texnika və avadanlıqlardan yolların, yaşayış məntəqələrinin, əkin üçün yararlı sahələrin və digər yerlərin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində istifadə ediləcək.

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...