Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşü zamanı daha bir maraqlı faktı açıqladı...

"Qarabağın bərpası işində qardaş köməyinə görə, Prezident Şavkat Miromonoviçin işğaldan azad edilmiş Füzuli şəhərində hədiyyə kimi məktəb tikmək qərarına görə də ayrıca təşəkkürümü bildirmək istərdim. İşlər artıq başlanıb və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi planlaşdırılır. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, bizə verilmiş ilk belə böyük hədiyyədir".
Prezident əlavə edib: “Biz Qarabağı hələlik öz gücümüzlə bərpa edirik. Əlbəttə, qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir. Ona görə ki, İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra biz Şavkat Miromonoviçlə görüşəndə o belə bir təşəbbüs irəli sürdü və bu təklif minnətdarlıqla qəbul edildi. Bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaq, yüzilliklər boyu Azərbaycan xalqının xatirində qalacaq”.
Bəli, türk xalqlarının birliyi artıq sözdə yox, əməldə ifadə olunur. Ən maraqlısı, Prezident İlham Əliyevlə görüşü zamanı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev siyasi jest edərək Azərbaycanın uzun illər işğal altında olan Qarabağ torpaqlarının erməni işğalçılarından təmizlənməsinə görə sevindiyini dilə gətirdi. Bu artıq o demək idi ki, tarixlər boyu Rusiyaya sığınıb bölgədə at oynadan Ermənistan artıq aciz durumdadır... Azərbaycan isə söz sahibidir!
A.Məmmədli