TRTAJANS - ZƏMANƏNİ QABAQLAYAN FENOMEN- HEYDƏR ƏLİYEV DÜHASI

 

Xəbərlərin Faktiki Ünvanı 

Siyasət

"Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. 

Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir".

 Heydər  Əliyev
Ümummilli lider

 ...Bu gün dünyada elə bir xalq tapmaq olmaz ki, tarixinin taleyüklü və mürəkkəb mərhələsində onun taleyində müstəsna rol oynamış, dövlətçilik ənənələri formalaşdırmış milli lideri olmasın. Belə liderlərin mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən, onların mənsub olduğu xalqların da dövlətçilik ənənələri, tarixi, inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranır. Bu dahi şəxsiyyətlər yüksək mənəvi aləmləri ilə, ali bəşəri və milli ideallara, ümummilli mənafelərə ürəkdən bağlılıqları ilə milyonların qəlbində özləri üçün möhtəşəm abidə ucaldırlar.

Hər bir xalqın tarixdəki yeri və rolu mürəkkəb siyasi şəraitdə məsuliyyəti üzərinə götürərək onun taleyində misilsiz rol oynamış, mütərəqqi ideyaları, qeyri-adi idarəçilik keyfiyyətləri ilə müdrikcəsinə və uzaqgörənliklə sabit dövlətçilik ənənələri yaratmış dahi şəxsiyyətin fövqəladə missiyası ilə şərtlənir. Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər xalqlarının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaradırlar. Ruslar üçün bu şəxsiyyət I Pyotr, amerikalılar üçün Corc Vaşinqton, ingilislər üçün Uinston Çörçil, fransızlar üçün Şarl de Qoll, almanlar üçün Otto fon Bismark, çinlilər üçün Mao Tszedun, türklər üçün Mustafa Kamal Atatürkdürsə, azərbaycanlılar üçün Heydər Əliyevdir!

Ulu Öndər hələ sovet dövründə Azərbaycanı qarış-qarış gəzməyə üstünlük verirdi. Respublikanın hər bir guşəsinə səfər edən, inkişafla maraqlanan, insanların həyat tərzi ilə tanış olan Heydər Əliyev bu siyasəti yorulmadan həyata keçirirdi. Bununla da o, Azərbaycan insanını daha yaxından tanıdı, onların ənənələrini, mənəvi dəyərlərini və digər milli keyfiyyətlərini ümumiləşdirərək bu ideologiyanın əsasını qoymuşdur. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Ulu Öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaradıb, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurub və çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq sağlığında canlı əfsanəyə çevrilmiş dahi şəxsiyyətdir. Təsadüfi deyil ki, 1997-ci ildə Ulu Öndər Heydər Əliyev ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxış edərkən bu ideologiyanın əsas prinsiplərini belə müəyyən etmişdir: "Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik.

Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər... Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan. Bu gün siyasi baxışlarından asılı olmayaraq, hamı etiraf edir ki, respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biri olan milli birlik Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra əldə edilmişdir. Xalqın nəzərində bütöv, milli şəxsiyyət kimi təcəssüm olunan Heydər Əliyev dühası Azərbaycana ikinci rəhbərliyi dövründə vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmışdır. Xaricdə yaşayan soydaşlarımızla hər bir görüşündə, diasporumuz qarşısında hər bir çıxışında dünya azərbaycanlılarının vəzifələrini dəqiq və aydın müəyyənləşdirən Heydər Əliyev onları ilk növbədə öz milli kimliklərini dərk və hifz etməyə, Azərbaycanın dilini, mədəniyyətini, mütərəqqi adət-ənənələrini, tarixini yaşatmağa, inkişaf etdirməyə, ana Vətənlə əlaqələrini möhkəmləndirməyə, Azərbaycan dövlətinin, cəmiyyətinin problemlərinin dünyada ədalətli mövqedən, obyektiv təbliği istiqamətində ardıcıl işlər görməyə çağırırdı. 2001-ci ilin noyabrında Dünya Azərbaycanlılarının birinci qurultayını keçirən Heydər Əliyev bu tədbiri xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması, ümummilli ideyalar ətrafında birləşməsi və təcavüzkar düşmənə qarşı mübarizəsinin təşkili baxımından böyük hadisə hesab edirdi.

Həyat və fəaliyyəti böyük dövlətçilik məktəbi olan Heydər Əliyev gərgin əməyi nəticəsində əldə etdiyi bütün bu bilik və təcrübələrini sonrakı illərdə Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanılmasına sərf etmişdir. Ulu Öndər ötən əsrin 90-cı illərinin əvvəllərində təhlükə ilə üzləşmiş Azərbaycanı nicat yoluna çıxara bilmişdir. Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu deyən Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəlmişdir. Ulu Öndər ölkəyə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirmişdir. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaratdığı çətinliklərə baxmayaraq, ölkə iqtisadiyyatını dirçəltmiş, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirmiş, beynəlxalq əlaqələrini möhkəmləndirmişdir.

Düşünülmüş xarici siyasət kursu Azərbaycan üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratmışdır. Artıq 19 ildir ki, ulu öndər Heydər Əliyevin ad günü özü cismən dünyada olmadan qeyd oluziz Əliyevnur. Buna baxmayaraq, hər il Heydər Əliyev fenomeni daha aydın dərk edilir və onun Azərbaycan dövlətçiliyi naminə xidmətləri daha dərindən başa düşülür. Tam əminliklə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində hər zaman yaşayacaq".

 Əziz ƏLİYEV, 

YAP Masallı rayon təşkilatı,

Masallı regional “ASAN xidmət”  ərazi partiya təşkilatının sədr müavini 

Pin It
»

40% Endirimli

Qalereya