Siyasət

 

ABŞ Müdafiə Nazirliyi Almaniyanın Ştutqart şəhərində Ukraynaya hərbi yardımın çatdırılmasını koordinasiya etmək və ABŞ-ın Avropa Komandanlığının cavabdehliyi sahəsində optimallaşdırmaq üçün nəzarət mərkəzi yaratdı...

Tezadlar.az CNN-ə istinadən xəbər verir ki, bu barədə dünən jurnalistlərə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi bildirib. O, deyib ki, ECCU mərkəzi ABŞ-ın Avropa Komandanlığının Ştutqartdakı qərargahında yerləşir və ona iki ulduzlu Amerika hərbi generalı rəhbərlik edir. Mərkəz Britaniya generalı tərəfindən idarə olunan Beynəlxalq Donor Koordinasiya Mərkəzi və IDCC ilə sıx əməkdaşlıq edir. Sitat: "Mərkəz bu təhlükəsizlik sisteminin səylərini dəstəkləmək üçün yaradılıb".

Qeyd edək ki, nəzarət mərkəzinə ABŞ personalı ilə yanaşı, 15 başqa ölkədən də işçilər daxildir. Bu komanda mərkəzi, həmçinin çərşənbə axşamı Almaniyada Ramşteyn aviabazasında görüşən və Ukraynaya yardım göstərən 40-dan çox tərəfdaş və müttəfiq dövlətin şəbəkəsini idarə edəcək. Bütün bu işlər Baydenin tapşırığı ilə həyata keçirilməkdədir. Bu isə o deməkdir ki, Rusiyanın indiyədək hədəflədiyi məqsədinə çatması mümkünsüzdür. Artıq ABŞ və Avropa ölkələri Ukraynaya hərbi yardımı birbaşa edir. Rəsmi Kreml isə hələki 9 may Faşizm üzərində Qələbənin ildönümünə hazırlaşır.

A.Məmmədli