TRTAJANS - AZƏRBAYCAN VƏ ERMƏNİSTAN ARASINDA SÜLH DANIŞIQLARINA BAŞLANILDI

 Xəbərlərin Faktiki Ünvanı 

Siyasət

İşğalçılıq niyyətlərinə baxmayaraq Ermənistanda soyuq başla düşünmə məcburiyyaəti də qaçılmazdır.

Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar onu deməyə əsas verir ki, Ermənistanın mehriban qonşuluq prinsiplərinə boyun əyməkdən başqa yolu da yoxdur. Hələ də daxili işlərini belə Rusiya ilə məsləhətləşən Ermənistan iki yol ayrıcında qalıb. Amma 2020-ci ilin sentyabrın 27-dən başlayaraq 44 gün ərzində aldığı "mozqotryoseniye" ölkənin siyasi rəhbərliyini ayıltdı. Artıq Azərbaycanla Ermənistan arasında Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinnin rəsmi saytında məlumat verilib. Trtajans.az onu da xatırladır ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında da artıq telefon danışığı baş tutub. Nazirlər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar.
Bölgədə uzun illərdir hökm edən işğalçılığa son verilməli və sülh gətirilməlidir. Azərbaycan buna həmişə çalışıb. İndi Ermənistanın çalışması və faydalı əməllərə könül verməsi lazımdır.
A.Məmmədli

Pin It
»

40% Endirimli

Qalereya