TRTAJANS - Xarici səyyahlar Zəngəzur dəhlizindən keçəcək dəmir yolunun çəkilişi ilə tanış oldu

 

Xəbərlərin Faktiki Ünvanı 

İqtisadiyyat

 

Azərbaycana səyahət edən dünya səyyahları Zəngəzur dəhlizi üzərində inşa edilən dəmir yolu xəttinin çəkilişi ilə tanış olublar.

Onlar Zəngilandan sonra Füzuli rayonuna gələrək burada Ermənistanın törətdiyi dağıntılar, ekoloji terror aktlarının seyr ediblər.
Daha sonra rayonun Şükürbəyli kəndinə gələrək Zəngəzur dəhlizinin dəmir yolu xəttinin kənd ərazisindən keçən hissəsində tikinti işlərinə baxıblar. Səyyahlara məlumat verilib ki, xətt Horadizdən Şükürbəyliyə qədər olan hissəsi tam inşa edilib. Şükürbəylidən Ağbəndə qədər olan hissəsində isə işlər davam etdirilir.
Xatırladaq ki, Füzuli rayonu xarici səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri planında sonuncu rayondur. Onların buradan Bakıya qayıdacağı planlaşdırılır.

Pin It
»

40% Endirimli

Qalereya