Səhiyyə

“Hava ventilyasiyanın xüsusilə də qapalı şəraitdə infeksiyanın yayılmasında böyük təsiri var”.

Apa-nın məlumatına görə, bunu baş infeksionist Təyyar Eyvazov "Yay aylarında COVID-19" mövzusunda çıxışında deyib.

Onun sözlərinə görə, xüsusilə soyuq havada qapı, pəncərə qapalı olur və hava ventilyasiyası da virusu daha geniş yayır: “Qışla yayın fərqi odur ki, yayda pəncərələr açılır, bu da virusun geniş yayılmasının qarşısını alır. Müəyyən filtr sistemləri virusun qarşısını ala bilər, amma ventilyasiya sərin hava yayırsa, virusu da yayacaq, ona görə hava dəyişməsi üçün tez-tez pəncərələr açılmalıdır”.

O, eyni zamanda deyib ki, yeni koronavirus bağırsaqda da artıb-azala bilir: “Dəniz vasitəsilə yoluxmanın artması faktı isə təsdiqini tapmayıb. Amma bu, o demək deyil ki, dənizdə yoluxma yayılmayacaq, əgər insanlar bir-birinə yaxın olsa və orada virus daşıyıcısı olsa, infeksiyanı yayıla bilər”.

Trtajans.az