TRTAJANS - İsrail COVID-19 məhdudiyyətlərinin demək olar ki, hamısını ləğv edəcək

 Xəbərlərin Faktiki Ünvanı 

Səhiyyə

Israil Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, iyunun 1-dən etibarən

İsraildə demək olar ki, koronavirus səbəbindən tətbiq edilən bütün karantin məhdudiyyətləri ləğv ediləcək.

Trtajans.az xəbər verir ki, səhiyyə naziri Yuliy Edelşteyn "İsrail normal həyata qayıdır", - deyə bildirib. Nazirliyin mətbuat xidmətinin məlumatında  qeyd edilir ki, belə bir qərar xəstəliyə yoluxma səviyyəsinin aşağı olduğu üçün verilib.

Beləliklə, 1 iyundan etibarən artıq "yaşıl pasport" a ehtiyac qalmayacaq və bağlı məkanlarda, həm də açıq havada insanların sayını tənzimləyən "bənövşəyi standart" adlandırılan məhdudiyyətlər aradan qaldırılacaq.

Eyni zamanda, vətəndaşlar yenə də qapalı yerlərdə maska ​​taxmağa, giriş və çıxışla bağlı məhdudiyyətlərə riayət etməyə davam edəcəklər.

 Qeyd eək ki, həmçinin nazir vətəndaşları xəstəlik səviyyəsinin yüksək olduğu ölkələrə səyahət etməməyə çağırıb.

Pin It
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü ...
"Türkiyə müdafiə sənayesində ixrac reallaşdıran ...