Səhiyyə

“Yaxın zamanlarda Gürcüstanda COVID-19 pasportlarının

verilməsi tətbiq olunacaq”.

Trtajans.az  Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya deyib. O, hazırda sənəddə əks olunacaq əsas göstəricilərlə bağlı işlərin aparıldığını bildirib: “Pasportda vaksinasiya tarixçəsi, keçirilmiş xəstəliklər, bəzi hallarda PCR testin cavabları yer alacaq. Hesab edirəm ki, bu sənədin tətbiqi təcrübəsi qısa zaman ərzində reallaşdırılacaq”, - deyə nazir müavini bildirib.