Toplum

 

Hərbi mütəxəssislər atmosferdə buludların arasından gəmilərin yerini göstərən peyklərdən alınan görüntüləri təhlil edərək,

Ukraynanın Neptun raketləri ilə vurulduğu vaxt "Moskva" kreyserinin yerləşdiyi yerin dəqiq koordinatlarını müəyyən ediblər. Tezadlar.az Ukraynanın "Dəniz Xəbərləri" portalına istinadla bildirir ki, mütəxəssislər infraqırmızı filtrli bir sıra peykləri təhlil ediblər və gəmidəki partlayışın aprelin 13-də səhər saat 6:52-də (Kiyev vaxtı ilə) baş verdiyini göüblər. Həmin vaxt gəmi "İlan" adasının şərqində olub-Odessadan 80 dəniz mili və Ukrayna sahillərindən 50 dəniz mili uzaqlıqda. Ukraynanın Rusiya kreyserinə dəqiq raket zərbəsi 45°10’43,39″N, 30°55’30,54″ koordinatlar altında vurulub. Mütəxəssislər qeyd edirlər ki, həmin an “Moskva”nın yaxınlığında daha bir neçə Rusiya hərbi gəmisi də olub. Gəminin yeri aprelin 12-dəki açıq havadan çəkilən peyk görüntüləri ilə üst-üstə düşür. Ekspertlər onu da deyiblər ki, bu, Ukrayna hakimiyyətinin versiyasını dəqiqliklə təsdiqləyir, çünki gəmi Ukrayna raketlərinin uçuş məsafəsinə düşən koordinatda olub.
Xatırladırıq ki, rəsmi Kreml də "Moskva"da baş vermiş partlayışı təsdiqləyib.