Toplum

1812 - Rusiya-İran müharibəsi (1804-1813) gedişində Şimali Azərbaycan torpaqlarında işğalçılıq yürüşünü davam etdirən rus qoşunları Talış (Lənkəran) xanlığının mərkəzi olan Lənkəran qalasını ələ keçiriblər.
Talış xanlığının süqutu ilə müharibə faktiki başa çatdı.

Gülüstan sülh müqaviləsi (12 oktyabr 1813) ilə Şimali Azərbaycan xanlıqları (Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla) Rusiyaya birləşdirildi.

1998- dekabrın 31-də Naxçıvan Muxtar Respublikasında minlərlə insan SSRİ-İran (Azərbaycan-İran) sərhədini keçərək Cənub Azərbaycandakı soydaşlarımıza qovuşublar. Bu hadisə Azərbaycan tarixinə ümumxalq həmrəyliyi aksiyası kimi düşdü.

1991 – ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Heydər Əliyevin sədrliyi keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib.

Azərbaycan Respublikası Ali Sovetinin 25 dekabr 1991-ci il tarixli qərarı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunub.

Hazırda dünyanın müxtəlif guşələrində 50 milyona yaxın azərbaycanlının yaşadığı məlumdur. Bunlardan 30 milyonu İranın əsasən Cənubi Azərbaycan torpaqlarında, 9 milyondan çoxu Azərbaycan Respublikası ərazisində, 2 milyondan çoxu MDB-nin müxtəlif ölkələrində, yarım milyonu Gürcüstanda, 8 milyona yaxını isə Avropa, Asiya, Amerika və Avstraliyada yaşayır.

 1989 - İstanbulda dünya azərbaycanlılarının ilk konqresi işə başlayıb.Bu, azərbaycanlı diasporunun təşəkkül tapması istiqamətində əlamətdər hadisə idi.

1991 - Danimarka Azərbaycanın dövlət müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il aprelin 2-də qurulub.

1991 - İspaniya Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. Diplomatik əlaqələr 1992-ci il fevralın 11-də yaradılıb.

 1914 — Sovet İttifaqı Qəhrəmanı Bahyəddin Şahvələd oğlu Mirzəyev İsmayıllı rayonunun Sulut kəndində anadan olmuşdur.

1936-cı ildə İsmayıllı RHK-dan orduya çağırılmışdır. Müharibə illərində
Bəhyəddin Mirzəyev 416-cı Taqanroq atıcı diviziyasının 1054-cü nişançı alayının taqım komandiri olub. Mozdok, Kostroma şəhərləri uğurunda gedən döyüşlərdə rəşadət göstərib. Melitopol, Nikolayev, Odessa, Kişinyov şəhərlərinin faşistlərdən azad edilməsində iştirak etmişdir.
Mirzəyevin batareyası Visladakı, Oderdəki, Şpreedəki döyüşlərdə xüsusilə fərqlənmişdi. Təkcə Küstrin uğurundakı döyüşlərdə onun artilleriyaçıları 7 tankı və bir bölük düşmən əsgərini məhv etmişdi.
Polşanın Byalobeki şəhərindəki küçə döyüşlərində Mirzəyevin batareyası piyadalara dəstək verərək, 6 tankı zərərsizləşdirmişdir.
1945-ci ilin fevral ayının əvvəlində batareya piyada qoşunları yeddi günlük qanlı vuruşma nəticəsində Oder çayının qərb sahilindəki meydanı ələ keçirdilər. Bununla da sovet qoşunlarının irəliləmək üçün yolu açılmış oldu. Kapitan Mirzəyev ağır yaralanmasına baxmayaraq, döyüşün sonunadək batareyasına başçılıq etdi.
Berlin uğurunda gedən döyüşlərdə yaralanıb.
SSRİ Ali Sovetinin 1945-ci il 24 mart tarixli fərmanına əsasən, Mirzəyev Bahəddin Şahvələd oğluna Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. 1-ci dərəcəli Vətən Müharibəsi ordeni, Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir.
15 aprel 1987-ci ildə 73 yaşında vəfat etmişdir.

Şamaxı şəhərində adına küçə var.

 ***

1927 — Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı olmuş Xuraman Abbasova Ağdam rayonunun İsmayilbəyli kəndində anadan olmuşdur.

Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib alim-aqronom ixtisasına yiyələnmişdir.
Təbiət etibarı ilə mərd, xeyirxah, səxavətli və qorxmaz bir qadın olan Xuraman xanım cəmiyyətdə və dövlət orqanlarında tutduğu yüksək mövqe və mənsəbdən insanlara xeyir vermək üçün istifadə etmiş, bir çox gənclərin ali təhsil almasına, savad qazanıb layiqli vətəndaş kimi yetişməsinə birbaşa səbəbkar olmuşdur.
O dəfələrlə Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olmuşdur. Xuraman xanım əsil millət vəkili, el anası olmuşdur. Onun barəsində 2 seriyalı sənədli film çəkilmiş, bu mərd qadına nəğmələr qoşulmuşdur. Xuraman Abbasova 1998-ci ilin 26 yanvarında dünyasını dəyişmişdir.
Məzarı Fəxri xiyabandadır.
Övladları Mahirə həkim, Şəfəq hüquqşünas, Aida şərqşünasdır. Oğlu Mehdi 9 yaşında olarkən avtomobil qəzasında vəfat etmişdir. Beş oğlan, üç qız nəvəsi vardır. 

Hazırladı: Şakir QURBANOV