TRTAJANS - 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəliyi günü

 

Xəbərlərin Faktiki Ünvanı 

Toplum

Bu gün Dünya Azərbaycanlılarının həmrəliyi günüdür.

1991 – ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Heydər Əliyevin sədrliyi keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib.

Azərbaycan Respublikası Ali Sovetinin 25 dekabr 1991-ci il tarixli qərarı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunub.

Hazırda dünyanın müxtəlif guşələrində 50 milyona yaxın azərbaycanlının yaşadığı məlumdur. Bunlardan 30 milyonu İranın əsasən Cənubi Azərbaycan torpaqlarında, 9 milyondan çoxu Azərbaycan Respublikası ərazisində, 2 milyondan çoxu MDB-nin müxtəlif ölkələrində, yarım milyonu Gürcüstanda, 8 milyona yaxını isə Avropa, Asiya, Amerika və Avstraliyada yaşayır.

Pin It

Qalereya